9 Dekabr, 2014
“İŞİD-ə İsrail təlim keçir” – Rusiya

Vladimir Putinin köməkçilərindən Aleksandr Prokanov Mossadın İŞİD-ə təlim keçdiyini iddia edib.

Simsar.az xəbər verir ki, İranın “Press” telekanalına açıqlama verən Prokanov İsrailin kəşfiyyat təşkilatı Mossadla bağlı ittihamlar irəli sürüb. Təşkilatın İŞİD-ə casusluq bacarıqlarını öyrətdiyini deyən Aleksandr Prokanov İsrail ordusunun da terrorçulara dəstək verdiyini bildirib. İŞİD-i ABŞ-ın Yaxın Şərqdə vəziyyəti əlində saxlamaq üçün vasitə adlandıran siyasətçi terrorçuların artıq Rusiyaya qarşı da fəaliyyətə başladığını sözlərinə əlavə edib: “Terrorçular bir neçə gün əvvəl Çeçenistanda Rusiya hökumətinə qarşı təxribatlar törədiblər”.

Xatırladaq ki, İŞİD tərəfindən hazırlanan videoda Bəşər Əsəd və onun müttəviqi qismində Vladimir Putin hədələnib.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!