9 Dekabr, 2014
NASA: “Marsda su tapmağa yaxınıq”

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Marsa göndərdiyi “Kuriositi” aparatı ilə bağlı yeni məlumat yayıb. Simsar.az xəbər verir ki, 28 aydır planeti tədqiq edən aparat Qeyl kraterinin şəkillərini göndərməyə başlayıb. Eni 154 km olan kraterin milyon illər əvvəl su ilə dolu olduğu güman edilir. Belə ki, kraterin mərkəzində yüksələn Şarp dağının suyun aşındırması nəticəsində meydana gəldiyi ehtimal olunur.

NASA alimləri “Kuriositi”nin göndərəcəyi növbəti şəkillərlə Marsda vaxtilə suyun olub-olmaması məsələsinə cavab tapacaqlarına inanırlar.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!