9 Dekabr, 2014
Məmmədyarov Türkiyəyə gedəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, E. Məmmədyarov dekabrın 10-da Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Səfər çərçivəsində E. Məmmədyarovun xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!