9 Dekabr, 2014
“Real” gənc braziliyalıya elçi düşdü

Baş məşqçi Karlo Ançelotti Lukas Silvanı komandasında görmək istəyir.

Simsar.az xəbər verir ki, hazırda “Kruzeyro”nun şərəfini qoruyan 21 yaşlı yarımmüdafiəçi qışda Madrid “Real”ına keçə bilər. Belə ki, italiyalı mütəxəssis Luka Modriç və Xames Rodrigezin zədələnməsindən sonra heyətdə yaranan boşluğu Silva ilə doldurmaq niyyətindədir.

Qeyd edək ki, 2007-ci ildən “Kruzeyro”nun şərəfini qoruyan Lukas Silva 56 oyuna 3 qol vurmağı bacarıb.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!