9 Dekabr, 2014
Nazir yeni səfiri qəbul etdi

XİN rəhbəri Elmar Məmmədyarov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aksel Vexi qəbul edib.

Xarici İşlər Nazirliyindən Simsar.az-a daxil olan məlumata görə, görüşdə səfir Aksel Vex etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Aksel Vex ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!