9 Dekabr, 2014
“Rəsmi Bakı Moskvanın xoşuna gəlmək üçün addım atır” – EKSPERT

“Azərbaycan iqtidarında təmsil olunan məmurlar artıq başa düşüblər ki, Qərb ölkələrini, xüsusilə ABŞ-ı tənqid etmək olar, çünki bu, bir az təhlükəsizidir”.

Bunu Simsar.az-a Politoloq Zəfər Quliyev rəsmi Bakı tərəfindən ABŞ-a qarşı səsləndirilən fikirləri analiz edərkən deyib.

O bildirib ki, ABŞ tez-tez dünya ölkələri tərəfindən tənqid olunur. Çünki bu ölkə tənqidə qarşı tolerantdır və dözümlüdür. Edilən tənqidlərə sərt formada reaksiya vermir: “Rəsmi Bakı tərəfindən ABŞ-a qarşı səsləndirilən fikirlərin arxasında konnektur maraq dayanır. Bu cür addımlar Moskvanın xoşuna gəlmək üçün atılır. Ona görə ki, Rusiyanın Azərbaycana görünməyən təzyiqləri var. Bu təzyiq hər zaman olub. Xüsusilə, Avrasiya İttifaqına daxil olmaq və Qərbdən aralanmaqla bağlı məsələlər də getdikcə ciddiləşir. Moskvaya bu cür məqalə lazımdır. Hansısa postsovet ölkəsinin rəsmi dairəsi Rusiyaya qarşı sərt və ittiham dolu məqalə yaza bilməz.  Bunun səbəbi Kremldə tolerant mədəniyyətinin bir o qədər formalaşmamasıdır. Həmçinin Rusiyanın özü də başqa tipli dövlədir. Əgər bu cür məqalə Rusiyaya qarşı yazılsaydı, onun cavabını nə ilə veriləcəyini bilmək çətin olardı”.

Politoloqun sözlərinə görə, Azərbaycan hakimiyyəti ABŞ-ın pressinqindən, demokratiya səhəsində tənqidi fikirlərindən narahat olur. Buna görə də rəsmi Bakı qısa müddətli kompaniyalar başladır. Bu proses zaman-zaman təkrarlanıb: “Bu kompaniyalarda konnektur maraqlar və siyasi motivlər üstünlük təşkil edir. Eyni zamanda yazılan məqalələr eyni səviyyədə narahatlıq yaradır. Hesab edirəm ki, belə bir taleyüklü məqamda Azərbaycan iqtidarı tərəf saxlamamalıdır. Rusia – Qərb qarşıdurmasında tərəf olmamalıdır. Balanslaşdırılmış siyasəti davam etdirmək ən yaxşısıdır”.

Hüseyn İbadlı

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!