9 Dekabr, 2014
Bacanağını bıçaqladı - Qısqanclıq səbəbindən

Astara şəhərində bacanağını bıçaqlayan şəxs tutulub.

Simsar.az ans press-ə istinadən xəbər verir ki, hadisə qısqanclıq səbəbindən baş verib. Belə ki, dünən saat 23 radələrində iki bacanaq arasında mübahisə baş verib. İsayev Əfsər Əlibar oğlu bacanağı Hüseynov Ehtiram İxtiyar oğlunu bıçaqlayıb.

Nəticədə Ehtiram Hüseynov çoxlu qan itirib. Qohumları onu xəstəxanaya çatdırıb və o, əməliyyat edilib.

Həkimin sözlərinə görə, reanimasiyaya yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Müstəntiqin sözlərinə görə, qayınatası və qayınanası ilə bacanağıgilə qonaq gələn Əfsər İsayev saxlanılaraq həbs edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!