9 Dekabr, 2014
Qurbanov “Qəbələ”yə müvəqqəti məşqçi təyin edildi

"Qəbələ"nin baş məşqçisi vəzifəsindən gedəcəyi gözlənilən Dorinel Munteanunun istefası klub rəhbərliyi tərəfindən qəbul olunub.

Simsar.az-ın məlumatına görə, rumıniyalı mütəxəssislə yollarını ayıran "Qəbələ"nin baş məşqçi vəzifəsi müvəqqəti olaraq komandanın məşqçisi Sənan Qurbanova tapşırılıb.

Komandanı Premyer Liqanın qarşıdakı oyunlarına məhz S.Qurbanovun çıxaracağı gözlənilir.

Qeyd edək ki, Premyer Liqanın 15-ci turunda səfərdə "Xəzər Lənkəran"a 0:3 hesabı ilə uduzan "Qəbələ" klubunun sabiq baş məşqçisi Dorinel Munteanu tutduğu vəzifədən istefa verdiyini bildirmişdi.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!