9 Dekabr, 2014
Regionlarda sınaq imtahanlarının sayı artırıla bilər - TƏKLİF

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 9-da Sabirabad şəhərində vətəndaşlarla görüş keçirib.

Komisiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumat görə, qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayon və Şirvan şəhər sakinləri və həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüşdən öncə TQDK-nın sədri Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzüb.

Görüş zamanı vətəndaşlar Komissiya sədrinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulmuş dəyişikliklər, o cümlədən qabiliyyət imtahanlarının keçirilmə qaydaları və tətbiq olunmuş yeniliklər, buraxılış imtanları, orta ixtisas təhsili müəssisələrinə qəbul və s. məsələlər barədə müraciətlər etmiş və regionlarda keçiriləcək sınaq imtahanlarının sayının artırılmasını təklif ediblər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılıb.

Görüşdən sonra TQDK-nın sədri Sabirabad, Saatlı və Hacıqabul rayonlarının təhsil şöbələrinin müdirləri ilə görüş keçirmiş və həmin rayonların məzunlarının 2014-cü ildə qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr müzakirə olunub.

 

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!