9 Dekabr, 2014
Çempionlar Liqası: Klublarımız növbəti sınaq qarşısında

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında 3-cü turun matçları start götürəcək. Simsar.az xəbər verir ki, oyun günündə iki Azərbaycan klubu da meydana çıxacaq.

2 xalla üçüncü pillədə qərarlaşan “Rabitə” “A” qrupunun autsayderi “Agel”in qonağı olacaq. Dejan Brdjoviçin yetirmələri Çexiya klubu ilə görüşdə qələbə qazanmaqla mövqelərini yaxşılaşdırmağa çalışacaqlar.

“B” qrupunda qərarlaşan “Azəryol” isə sabah mübarizəyə qoşulacaq. Bakı təmsilçisi də bu tur qrup autsayderini sınağa çəkəcək. Aleksandr Çervyakovun komandası Rumıniyanın “Şiitinda” klubunu qonaq edəcək.

Çempionlar Liqası

III tur

A qrupu

10 dekabr

20:30. Agel (Çexiya) – “Rabitə” (Azərbaycan)

Hakimlər: Borislav Pobornokov (Bolqarıstan), Tiit Koyv (Estoniya)

Prostejov, İdman Mərkəzi

20:00. “Dinamo” (Kazan, Rusiya) – “Ximik” (Polşa)

B qrupu

9 dekabr

23:00. “Nant” (Fransa) – “Fənərbaxça” (Türkiyə)

10 dekabr

18:00. “Azəryol” (Azərbaycan) – “Şiitinta” (Rumıniya)

Hakimlər: Mariya Fişer (Almaniya), Giorgio Qnani (İtaliya)

Bakı, Voleybol Mərkəzi

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!