9 Dekabr, 2014
Məktəblər üçün “Ortaq Türk Tarixi” dərsliyi tədrisə qəbul olunur

Beynəlxalq Türk Akademiyası tərəfindən orta məktəblər üçün hazırlanan “Ortaq Türk Tarixi” dərsliyinin proqramı qəbul olunub.

Beynəlxalq Türk Akademiyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, 2012-ci ildə Bişkekdə təşkil edilən Türkdilli Ölkələrin dövlət başçılarının Zirvə görüşündə “Ortaq Türk Tarixi" dərsinin tədris olunması qərara alıblar. Bu qərar 2013-ci ildə Qəbələdə və bu il Bodrumda təşkil edilən zirvə görüşlərində də təsdiq edilib.

Dərslik Bakıda təşkil edilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin yığıncağında da təsdiq olunub.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!