8 Dekabr, 2014
Təyyarə yaşayış evinin üzərinə düşdü

Vaşinqton yaxınlığındakı Meriland ştatında təyyarə qəzası baş verib.

Simsar.az lenta.ru-ya istinadən xəbər verir ki, təyyarə yaşayış evinin üzərinə düşüb.

Yerli yanğından mühafizə idarəsinin mətbuat katibi Pit Pirinqerin sözlərinə görə, 10 yer tutumlu təyyarədə 3 şəxs olub. Onlardan hamısı dünyasını dəyişib.

Hadisə nəticəsində 4 yaşayış evinə ciddi ziyan dəyib. Mənzillərdə insanların olub-olmaması, dəyən ziyan araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!