8 Dekabr, 2014
Xırdalanda yanğın

Xırdalanda yanğın hadisəsi qeydə alınıb.

Simsar.az FHN-in saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xirdalan şəhərində vətəndaşa məxsus evin həyətində 15 kv.m sahəyə yığılmış tikinti materialları yanıb. Yanğın zamanı iki azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!