8 Dekabr, 2014
Acunla görüşmək istədi - Mühafizəçini bıçaqladı

Simsar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbulda “Habertürk”ün binasına gələn naməlum şəxs Acun İlicalı ilə görüşmək istəyib, mühafizəçi Mehmet Durmuş Acunun binada olmadığını bildirib. Bu zaman mübahisə düşüb. Naməlum şəxs Acunu gözləyəcəyini deyib, mübahisə böyüyüb. Mehmet Durmuş şübhəli şəxsi binadan uzaqlaşdırmağa çalışıb, həmin şəxs mühafizəçini qarın nahiyəsindən bıçaqlayıb.

Digər mühafizəçilər hadisə yerinə gəlib, həmin şəxsi polis saxlayıb. Yaralanan Mehmet Durmuş xəstəxanaya yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!