8 Dekabr, 2014
Məşqçilər Komitəsi yığmanın məşqçiləri ilə görüşdü - Fotolar

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi Nikolay Adam və Mirbağır İsayevlə görüşüb.

Simsar.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə hər iki yığma komandanın hazıkı vəziyyəti, hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, U-19 və U-17 yığmamız Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!