8 Dekabr, 2014
Feyzi İşbaşaran həbs edildi - YENİLƏNİB

Simsar.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, alınan son dəqiqə məlumatına görə Feyzi İşbaşaran həbs olunub.

***19:38

Türkiyə AK Partiyasının eks millət vəkili Feyzi İşbaşaran həbs tələbiylə məhkəməyə aparılıb.

Simsar.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, köhnə AK Partiya üzvü  Millət vəkili Feyzi İşbaşaran ictimai sosial şəbəkə üzərindən prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə,  məhkəməyə sövq edilib.

Fevzi İşbaşaran təhqir ittihamı ilə nəzarətə alındığına görə, Twitter üzərindən prezident Ərdoğan haqqında təhqiredici çıxışlar edib. Haqqında şikayət edilən F.İşbaşaran mətbuat prokuroruna ifadə verib.

Prokuror Vedat İgid sorğudan sonra İşbaşaranı TCK-nın 299. maddəsi ilə Prezidenti təhqirə görə, həbs tələbiylə məhkəməyə sövq edib.

Qeyd edək ki, TCK-nın 299. maddəsi ilə Prezidentə təhqir edən şəxsi 4 ilə qədər həbs gözləyir.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!