8 Dekabr, 2014
Prezident Cəlilabada 6,1 milyon ayırdı - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinə 6,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmk tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!