8 Dekabr, 2014
Tərcümə Mərkəzinin saytı 7 dildə fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) saytı (aztc.gov.az) dekabrın 9-dan 7 dildə fəaliyyət göstərəcək.

Simsar.az xəbər verir ki, yaradıldığı gündən Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən sayt bu tarixdən etibarən ispan, ərəb, fars və türk dillərində də yayımlanacaq.

Qeyd edək ki, mərkəzin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının (xezerjurnali.az) və “Aydın yol” qəzetinin (aydinyol.az) saytları da internet istifadəçilərinin ixtiyarına verilib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!