7 Dekabr, 2014
Azərbaycanda dəhşətli qəza

Tərtər - Goranboy yolunun 2 ci km-də ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Ağcabədi rayon Taynaq kənd sakini 28 yaşlı Səxavət Rüstəmovun idarə etdiyi Vaz-2106 markalı avtomobil qarşıdan gələn Vaz-21011 markalı avtomobillə toqquşub. Zərbə nəticəsində VAZ-2106 da olan 4 nəfər, Ağcabədi rayon Taynaq kənd sakinləri 27 yaşlı Xəyalə Nuriyeva, 51 yaşlı Nazim Rüstəmov, 45 yaşlı Cəmilə Səfərova və sürücü Səxavət Rüstəmov, digər avtomobildə olan 2 nəfər Tərtər rayon Hacıqərvənd kənd sakinləri 28 yaşlı Azər Haqverdiyev və 25 yaşlı Təbriz Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan aldığımız məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda Tərtər rayon polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. Qəzanın hansı səbəbdən baş verdiyi avtotexniki rəydən sonra məlum olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!