7 Dekabr, 2014
"Qarabağ"ın rəqibi uduzdu

Ukrayna çempionatında XIV turun oyunları keçirilib.

Simsar.az-ın məlumatına görə, Avropa Liqasında "Qarabağ"la eyni qrupda qərarlaşan "Dnepr" "Zarya"nın qonağı olub.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Dnepr"in yeganə qoluna son dəqiqədə Yevgeni Konoplyanka imza atıb. "Qarabağ"ın rəqibi 14 oyundan sonra 28 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Kiyevdə "Dnepr"i 1:0 hesabı ilə yenib, Bakıda uduzub - 1:2.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!