6 Dekabr, 2014
Sosial şəbəkələr yol qəzalarının sayını artırır

İspaniyada sükan arxasında xəbər oxuyarkən ölənlərin sayı artmağa başlayıb. Simsar.az-ın xarici mətbuata istinadən xəbər verir ki, whatsapp, facebook və twitter sosial şəbəkələrinin səbəb olduğu ölümcül qəzaların sayı ispan xalqını narahat edir.

İspaniya Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, keçən il baş verən 85 519 yol qəzasının 34 mini məhz sükan arxasında xəbər oxuyarkən baş verib. Nazirlik bu cür qəzaların yarıdan çoxunun ölümlə nəticələndiyini açıqlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!