6 Dekabr, 2014
Yəhudi icmasının rəhbərinin evinə basqın - Özü və bacısına xəsarət aldı

Bu gün Quba rayonunda dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə yəhudi dini icmasının rəhbərinin evinə basqın olub.

Dini icmanın rəhbəri Boris Simanduyev APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Evə üç nəfər soxulub. Məni döyüblər, bacım Liza Simanduyevaya isə bıçaq xəsarətləri yetiriblər”.

B.Simanduyev bacısının əməliyyat olduğunu və vəziyyətinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, evdən özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!