6 Dekabr, 2014
“Mən başqa prezidentlərə bənzəmirəm” – ƏRDOĞAN - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyanın bağlanması ilə bağlı qanun layihəsini Böyük Millət Məclisinə gətirdiklərini, ancaq müxalifətin buna müsbət yanaşmadığını söyləyib.

Simsar.az yerli mediaya istinadən xəbər verir ki, ölkə başçısının sözlərinə görə, o zaman müxalifət salonu tərk edib: “Bizim içimizdən də təəssüf ki, onlara tabe olanlar çıxdı. Lazım olan 330 səsi yığa bilmədik. CHP, MHP və BDP (indiki adıyla HDP) buna qarşı çıxdı. Bizim içimizdə də xəyanətkarlar oldu. İndi də onların yerləri müəyyən deyil. Harada olduqlarını bilirsinizmi?”.

“Bəziləri prezident buna cavab verirmi deyə sual verirlər. Mənim cavabım budur - Mən başqa prezidentlərə bənzəmirəm. Olmadım, olmayacağam, bunu bilin” – deyən Ərdoğana zaldan dəstək gəlib.

Tədbir iştirakçıları ayağa qalxaraq “Türkiyə səninlə qürur duyur” deyiblər.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!