6 Dekabr, 2014
Xədicə İsmayılovanın evində axtarış başladı - FOTOLAR

Baş Prokurorluğun təxminən 6-7 əməkdaşı Xədicə İsmayılovanın evində axtarışa başlayıblar. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə hal şahidləri qismində gələn şəxslərin heç birini İsmayılovlar ailəsi tanımır.  Axtarışda jurnalistin vəkili Elton Quliyev, X. İsmayılovanın anası, qardaşı və hal şahidləri iştirak edirlər.

Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs- qətimkan tədbiri seçilib. Xədicə İsmayılovaya qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!