6 Dekabr, 2014
Xətai rayon Polis İdarəsinin şöbəsinin keçmiş rəisi tutuldu

Xaçmaz rayonunda keçirilən əməliyyat nəticəsində Xətai rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinin keçmiş rəisi saxlanılıb.

Xaçmaz rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinin keçmiş rəisi Nizami Seyidov saxlanılıb.

Xaçmaz RPŞ-dən əməliyyatla bağlı əlavə məlumat verilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!