6 Dekabr, 2014
GUAM-da rus dilində imtinaya Elmar Məmmədyarovdan REAKSİYA

GUAM çərçivəsində müxtəlif sahə nümayəndələri arasında görüş və danışıqlarda ünsiyyəti ingilis dili ilə müqayisədə rus dilində aparmaq qurmaq daha səmərəlidir. Simsar.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Bazeldə ATƏT XİNŞ-nin iclası çərçivəsində GUAM-ın növbəti görüşündə Ukraynanın xarici işlər naziri GUAM-ın iclaslarını ingilis dilində aparmağı təklif edib. GUAM-ın nizamnaməsinə əsasən, təşkilatın rəsmi dilləri ingilis və rus dilidir.

E.Məmmədyarov qeyd edib ki, GUAM çərçivəsində bir çox sahələrdə əməkdaşlıq mövcuddur: "Fikrimcə, həmin sahə nümayəndələrinin görüşləri və müzakirələrinin rus dilində aparılması daha rahat və səmərəlidir".

Onun sözlərinə görə, siyasi emosiyaların əsiri olmaq lazım deyil: "Dili ünsiyyət rahatlığı və diplomatiyada isə ətrafdakılara fikir və mövqeni daha dəqiq çatdırmaq üçün istifadə etmək lazımdır".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!