6 Dekabr, 2014
“İŞİD-i vurduq” - İrandan rəsmi AÇIQLAMA

Rəsmi Tehran İraqda ABŞ-la əməkdaşlıq etmədən “İŞİD”ə hərbi zərbələr  vurduğunu açıqlayıb.

Simsar.az xəbər verir ki, “Guardian” qəzetinə danışan İran Xarici İşlər Nazirliyinin Asiya İşləri üzrə müşaviri İbrahim Rəhimpur, ölkəsinin ABŞ-la əməkdaşlıq etmədən, İraqda “İŞİD” mövqelərinə havadan zərbələr vurduqlarını açıqlayıb.

İ. Rəhimpur bildirib ki, ölkəsi İraqın Suriyanın vəziyyətinə düşməsinə icazə verməyəcək: “İraqa yardımlarımızı daha da artıracağıq. Çünki, İraq Suriyadan bizə daha yaxındır”.

Qeyd edək ki, “İŞİD”ə qarşı qurulan koalisiyaya qoşulmayan İran hökuməti, indiyə qədər İraqda “İŞİD”ə qarşı hava hücumları təşkil etdiklərii xəbərlərinin yalan olduğunu bildirirdi.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!