6 Dekabr, 2014
11 mindən artıq müşahidəçi qeydə alındı

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Simsar.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən iclasda əvvəlcə gündəlik təsdiq olunub.

Gündəlikdə iclasda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr müzakirə olunub, bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Daha sonra M.Pənahov bələdiyyə seçkiləri ilə bağlı qeydə alınan müşahidəçilər barədə məlumat verərək bildirib ki, hazırda MSK-da 149 nəfər, Dairə Seçki komissiyalarında isə 11 078 yerli müşahidəçi qeydə alınıb. O qeyd edib ki, MSK tərəfindən qeydə alınanlardan 76 nəfəri VHP-nin üzvü, 1 nəfər isə xüsusi icazə əsasında qeydiyyata alınıb: “Yerlərdə də bu proses aparılır, DSK-lar tərəfindən 11078 müşahidəçi qismində qeydiyyata alınıb. Bunlardan 5271 öz təşəbbüsü ilə, 5806 nəfəri isə 17 siyasi partiyanın nümayəndələridir”.

 

MSK sədri bildirib ki, MDB Parlamentlər Assambleyasına aid olan bir QHT-dən 6 nəfərin seçki prosesini izləmək üçün qeydiyyatı aparılıb. Müşahidəçi qismində iştirak etmək üçün beynəlxalq təşkilatlara da sorğu göndərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!