6 Dekabr, 2014
İcra hakimi sahibkarın obyektini sökdürdü – GƏDƏBƏYDƏ

Gədəbəy rayonunda fəaliyyət göstərən iş adamı Oktay Əliyev məmurların əlindən cana yığılıb.

Simsar.az xəbər verir ki, sahibkarın Gədəbəyin Qalakənd kəndində inşa etdirdiyi turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas gətirilmədən sökülüb.

Zərərçəkən deyir ki, obyektin tikintisi ilə bağlı aidiyyəti qurumlardan, xüsusən də ərazinin balansında olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi icazə alıb. Söküntüdən sonra onun atası İbrahim Əliyev məsələnin araşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə ərizə ilə müraciət edib. Müraciətinə cavab olaraq, qurumdan bildirilib ki, məsələ araşdırılıb və məlum olub ki, 29 iyul 2014-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həmin tikililər sökülüb.

Qeyd edək ki, sahibkar Oktay Əliyev məsələnin araşdırılması ilə bağlı Gədəbəy Rayon Prokurorluğuna ünvanladığı müraciətə verilən rəsmi cavabda da obyektin İcra Hakimiyyəti tərəfindən söküldüyü bildirilib.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!