6 Dekabr, 2014
SOCAR qərb marşrutu üzrə neft ixracını artırıb

2014-cü ilin yanvar-noyabrında Supsa limanından 2 milyon 702 min 891 ton azərbaycan nefti nəql edilib.Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə “Qərb” marşrutu üzrə Azərbaycan neftinin ixracı 8,8% artıb.

2014-cü noyabrında Supsa limanından 169 min  385 ton neft dünya bazarına göndərilib.

2013-cü ildə Supsa limanından 2 milyon 725.95 min ton neft göndərilmişdi.

*Bakı-Supsa neft boru kəməri 17 Aprel, 1999-cu ildə istismara verilib. Boru kəmərinin uzunluğu 837 km-dir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!