6 Dekabr, 2014
Sürücü yol polisini vurdu

Gəncədə yol polisi əməkdaşı xidmət apararkən sürücü tərəfindən avtomobillə vurulub.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Əlahiddə yol-patrul xidməti bölüyünün yol patrul xidməti inspektoru, 1985-ci il təvəllüdlü Vüsal Bayramov raportla Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, xidməti avtomobili ilə Müseyib Bağırov və Vaqif küçələrinin kəsişməsində xidmətdə olarkən adı sonradan məlum olan şəhər sakini, 1990-cı il təvəllüdlü Turqut Xəlilovun “Mersedes E 200” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğunu görüb və avtomobili saxlamaq istəyib.

Sürücü T.Xəlilov ona tabe olmayaraq yol polisi əməkdaşını təhqir edib, qəsdən avtomobili onun üzərinə sürərək sağ və sol diz nahiyəsindən xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!