5 Dekabr, 2014
Erməni əsgərin meyiti Azərbaycanda aşkar edildi

Dağlıq Qarabağda erməni əsgəri ölüb. Simsar.az-ın məlumatına görə, bu barədə news.am saytı yazıb.

Verilən məlumata görə, dekabrın 4-də saat 15:40-da 19 yaşlı erməni əsgər Artur Markaryan Ermənistanın işğal etdiyi Qarabağ ərazisində güllə yarası alıb.

Həkimlər onun həyatını xilas edə bilməyiblər. Araşdırmalar zamanı məlum olub ki, əsgər özünü güllələyib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!