5 Dekabr, 2014
24 komanda Bakıya gələcək

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi kişi və qadın idmançılardan ibarət 24 voleybol komandasının gələn ilin yayında keçiriləcək yarışlarda iştirak hüququ qazandıqlarını təsdiq edib.

Simsar.az-ın məlumatına görə, yarışlara ev sahibliyi edən Azərbaycan həm kişi, həm də qadın turnirlərində iştirak edəcək. Həm kişi, həm də qadın turnirlərindən ibarət seçmə yarışlarda reytinq dərəcəsinə görə birinci olan Rusiya da hər iki turnirdə yarışacaq.

Kişilərdən ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalar reytinq dərəcəsi ardıcıllığına uyğun olaraq İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Almaniya, Fransa, Finlandiya, Belarus, Slovakiya və Türkiyədir.

Qadınlardan ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalara kvalifikasiya dərəcələrinin ardıcıllığına görə Serbiya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!