5 Dekabr, 2014
Yerli məşqçilər Prosineçki ilə görüşdə - FOTOLAR

Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.

Simsar.az AFFA-nın saytına istinadən məlumat verir ki, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər.

R.Prosineçki və Məşqçilər Komitəsinin üzvləri Azərbaycan milli komandası barədə ətraflı fikir mübadiləsi aparıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!