5 Dekabr, 2014
Dünyanın gözlədiyi an – VİDEO

NASA, insanın gələcəkdə Marsa rahat səfər edə bilməsində önəmli bir irəliləyiş hesab edilən “Orion” kosmos kapsulasını, bu gün Floridadakı “Cape Canaveral” kosmik bazasından havaya buraxıb.

Təxminən 6 min kilometr hündürlükdə dünyanın ətrafında 2 dəfə fırlanması gözlənən kosmik gəmidə səfər sırasında hələki astronavt olmayacaq. “Orion”un daha sonra 30 min kilometr sürətlə atmosferə girməsi və paraşutla Meksikanın Baja Kalifornia yarımadası sahillərinə enməsi gözlənilir.

Konus şəklində, 3.3 metr hündürlüyündə və 5 metr genişliyində olan kosmik gəmi, 1960-70-ci illərdə astronovtların aya uçduqları “Apollon” kosmik gəmilərinə bənzəyir. 6 nəfərlik “Orion” 1972-ci ildə “Apollon”un səfərindən bu günə Beynəlxalq Kosmik Stansiyanın sərhədlərindən kənara çıxan ilk kosmik gəmi olacaq. “Orion” əsas səfərinə isə indikindən çox daha güclü bir raketlə 2020-ci ildə çıxacaq.

 

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!