5 Dekabr, 2014
Azərbaycan “Yahoo”dan izahat tələb edəcək

“Oxucularını aralarında Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisinin də olduğu tanınmamış ölkələrə turizm turlarına dəvət edən “Yahoo trave” portalı beynəlxalq hüququ pozur”.

Simsar.az xəbər verir ki, bunu cümə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ABŞ-dakı səfirliyinə bu məsələni araşdırmaq və müvafiq tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, “Yahoo travel” portalında Dağlıq Qarabağın müstəqil qurum kimi təqdim olunduğu material yerləşdirilib. Materialda ora yalnız Ermənistan ərazisi ilə getmək tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!