5 Dekabr, 2014
Gənc müğənni Fərid Quliyevdən "Yeni il" himni - VİDEO - FOTOLAR

Simsar.az xəbər verir ki, ifa etdiyi "Bəyaz gəlin" mahnısı ilə özünə kifayət qədər dinləyici auditoriyası toplamağa müvəffəq olmuş gənc müğənni Fərid Quliyev durmadan öz yaradıcılığı üzərində çalışır.

O, Gülnar Sultanovanın müəllifi olduğu "Yeni il nəğməsi" adlı bəstəni repertuarına daxil edib.

Daha ətraflı Fərid oxucularımızı belə məlumatlandırdı : "Hər zaman çalışıram ki, dinləyiciləri keyfiyyətli mahnılar oxumaqla xoşhal edim. Sevindirici haldır ki, çıxış bəstəm olan "Bəyaz gəlin" toylarda ən çox sifariş edilən musiqiyə çevrilib.

İnanıram ki, 2014-ün Yeni il himni məhz mənim mahnım olacaq. Hamıya tövsiyə edirəm ki, 2015-i "Yeni il nəğməsi"nin sədaları altında qarşılasınlar".

Oxucularımız sözügedən mahnını yayımladığımız linkdən dinləyə bilərlər.

Şahin Cavadsoy

Simsar.Az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!