21 Aprel, 2011
Onlar vergi ödəməyəcək

Həmin vergi ödəyicilərinin siyahısını açıqlayıb

Vergilər Nazirliyi aprel ayında Əlavə Dəyər Vergisi (ƏDV) qeydiyyatı ləğv edilmiş vergi ödəyicilərinin siyahısını açıqlayıb. 

Simsar.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyiciləri sırasında “Mədinə” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), “Aztrakservis” MMC və “Qaraəhmədli” MCC var.

Tovuz Rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xanlar Meşə Mühafizəsi və Bərpası Müəssisəsi də siyahıdadır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!