5 Dekabr, 2014
120 metr hündürlükdə hörümçək toru - Ölümlə rəqs + FOTOLAR

ABŞ-ın Yuta ştatında yaşayan “Moab Monkeys” (Moabın Meymunları) qrupunun üzvləri dünyanı heyrətə salmağa davam edirlər.

Adrenalin həvəskarı olan gənclər, Moab şəhərində yerləşən  kanyonun 120 metr hündürlüyünə və qayaların 60 metr uzaqlığında beş guşəli bir hörümçək toru qurublar.

Gənclər belə bir hündürlükdə, hər saniyə ölümlə göz-gözə olduqları halda çox rahat şəkildə iplərin üzərində gəzərək, şəkil çəkdirərək, deyib-gülərək işlərinin öhdəsindən gəlirlər.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!