4 Dekabr, 2014
Direktoru öldürən həmyerlimiz tutulub

Sankt-Peterburqun Oktyabrski rayon məhkəməsi Coca-Cola zavodunun direktoru Dmitri Soşnevin öldürülməsində şübhəli bilinən Azərbaycan vətəndaşı Denis Çxitauri barəsində iki aylıq həbsqətimkan tədbiri seçib.

Simsar.az modern.az-a istinadən xəbər verir ki, bundan əvvəl qətldə təqsirkar hesab olunan Vyaçeslav Finoqenov da tutulub. Məlumatda qeyd edilir ki, sorğu-sual zamanı onlar günahlarını boyunlarına alaraq cinayəti necə törətdiklərini istintaqa söyləyiblər. İstintaqın versiyasına görə, şübhəlilər noyabrın 28-də Soşnevə Peterburqun Frunzenski rayonu ərazisindəki qarajların yanında görüş təyin ediblər.

Finoqenov onu əldəqayırma silahla güllələyib, bundan sonra 150 min rubl və “BMW” avtomobilinin sənədlərini götürüblər. Məqsədləri avtomobili 1 milyon rubla satmaq olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!