4 Dekabr, 2014
Azarkeşlərin döydüyü futbolçu öldü

Argentina III liqasında keçirilən "Çakarito" - "Tiro Federal de la Roxa" matçından sonra faciə yaşanıb.

Qol.Az-ın "Kadena 3" radiosuna istinadən verdiyi məlumata görə, oyundan sonra qonaq komandanın futbolçusu Antonio Nieto azarkeşlər tərəfindən döyülüb.

Görüşdən sonra meydan sahiblərinin azarkeşləri ilə qonaq komandanın futbolçuları arasında dava düşüb.

Nieto evə qayıdarkən bir qrup azarkeş onun avtomobilini saxlayaraq futbolçunu döyüblər. Daha sonra futbolçunun başına daş atan çılğın fanatlar hadisə yerindən uzaqlaşıblar. Beş gün xəstəxanada komada qalan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!