4 Dekabr, 2014
Putin ruslara səsləndi: “İnamınızı itirməyin” – FOTOLAR

Rusiya prezidenti Vladimir Putin parlamentdəki illik çıxışında Rus xalqına səslənərək qərb dövlətlərini sərt şəkildə tənqid edib.

Simsar.az xəbər verir ki, Putin çıxışı zamanı Qərbi, Rusiya ilə arasında dəmir pərdə çəkməkdə ittiham edib: “Qərbdə bəzi ölkələr “Yuqoslaviya ssenarisini” dəstəkləyirlər. Onlar Rusiyanı parçalamağa çalışırlar. Ukrayna böhranı da Rusiyanı cilovlamaq üçündür”.

Putin Krımın Ukraynadan ayrılmasını və Rusiyanın şərqi Ukraynadakı fəaliyyətini dəstəklədiyini bildirib. Rusiya prezidenti vətəndaşlarına ölkənin çətin günlər keçirdiyini deyərək, onlardan özlərinə inamı itirməmələrini istəyib: “Neftin qiymətinin düşməsi və qərbin sanksyaları Rusiyanı çətin vəziyyətə salıb. Lakin bunların heç biri mənim səhvim deyil”.

Qeyd edək ki, Rusiyanın maliyyə naziri Anton Siluanov, düşən neft qiymətlərinin və qərb ölkələrinin sanksiyalarnın ölkə iqtisadiyyatına 140 milyard dollar zərər vurduğunu demişdi. Rus rublu isə bu il dollar qarşısında yüzdə 40% düşüb. Ölkədə inflyasiyanın səviyyəsinin isə 2015-ci ilin ilk aylarında yüzdə 10-a yüksəlməsi gözlənilir. Lakin bütün bunlara baxmayaraq Rusiyda aparılan sorğular, xalqın 72 %-nin Putinin yürütdüyü siyasəti dəstəklədiyini göstərir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!