4 Dekabr, 2014
Nazirlik otellərə ulduzlar verdi - SİYAHI

Mədəniyyət və Turizm Nazirliyi mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə mehmanxanaların təsnifatını aparır.

Simsar.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadla verdiyi məlumata görə, nazirlik tərəfindən oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:

1. "Şafran Hotel" mehmanxanası (4 ulduz),

2. "Caspian Business Hotel" mehmanxanası (4 ulduz),

3. "Qafqaz Park" mehmanxanası (4 ulduz),

4. "Admiral" mehmanxanası (4 ulduz),

5. "Egoist" mehmanxanası (4 ulduz),

6. "Qız Qalası" mehmanxanası (3 ulduz).

Qeyd edək ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!