4 Dekabr, 2014
“Türkiyə Krımdakı vəziyyəti qəbul etmir” - ÇAVUŞOĞLU

ATƏT “dondurulmuş” münaqişələrin nizamlanması üçün səylərini artırmalıdır.

Simsar.az-ın İsveçrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bazeldə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

O qeyd edib ki, “dondurulmuş” münaqişələr milli və regional maraqlara zərbə vurur: “Gələcək nəsillərin bizdən gözləntiləri məlumdur. Onlar sülh və inkişaf şəraiti yaratmaq üçün var gücümüzlə çalışmağımızı gözləyirlər”.

M. Çavuşoğlu Krımdakı vəziyyətin Türkiyə tərəfindən qəbul edilmədiyini bildirib. Diplomat qeyd edib ki, Ukrayna böhranı ATƏT-in əhəmiyyətini bir daha ön plana çıxarıb.

“ATƏT sabitlik və sülhə töhfə verməyə çalışır. Bu böhrandan çıxmaq və digər böhranların qarşısını almaq üçün siyasi iradə ortaya qoymalıyıq”, - deyə o vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!