4 Dekabr, 2014
Ramin Musayev Prosineçki ilə görüşdü

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb. Simsar.az xəbər verir ki, görüş zamanı Azərbaycan futbolu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, görüləcək işlərdən danışılıb.

Qeyd edək ki, noyabrın 24-dən Bakıda olan xorvatiyalı mütəxəssisin yığmaya təyinatı AFFA-nın İcraiyyə Komitəsinin dünən keçirilən iclasında təsdiqlənib. Ölkəmizdə olduğu müddətdə bir sıra matçları izləyən Prosineçki futbol adamları ilə də görüşlər planlaşdırıb.

Onun sabah Məşqçilər Komitəsi ilə də görüşəcəyi planlaşdırılıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!