21 Aprel, 2011
“Azərbaycan qəfil hucum edib müharibəni uda bilər..”

Sabina Freyzer: “Bakı öz mövqeyindən geri çəkilmək niyyətində deyil”

“Azərbaycanda hesab edirlər ki, onlar qəfil hucum edib Ağdamı, Fizulini və digər bir neçə rayonu qaytarmaqla müharibəni uda bilərlər. Bu heç vaxt baş tuta bilməz. Çünki azərbaycanlılar güclü hucuma keçsələr, erməni tərəfi də buna reaksiya verəcək. Bu zaman çox çətin və ağır situasiya yaranacaq”. 
Simsar.az saytının məlumatına görə, bu sözləri erməni jurnalistlərlə görüşündə Beynəlxalq Böhran Qrupunun rəhbəri Sabina Freyzer Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şərh verərkən deyib. Qeyd edək ki, bu görüş “İnternyus”un Ermənistan ofisi və “erməni-türk dialoqu” Mərkəzinin təşəbbüsü ilə İstanbulda keçirilib.  

Ekspret həmçinin bildiirb ki, Qarabağda müharibə Türkiyəyə də lazım deyil.
“Azərbaycan və Ermənistanda danışıqlar prosesində irəliləyiş yoxdur. Azərbaycan öz mövqeyindən geri çəkilmək niyyətində deyil, ermənilərə isə yalnız Qarabağın müstəqilliyini istəyirlər. Bu bizi həddən artıq narahat edir”-deyə Freyzer bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!