İran prezidenti Həsən Ruhani Gülüstan vilayətinə səfər zamanı sünni və şiə alimləri ilə görüşüb.
Simsar.az İran medyasına istinadən xəbər verir ki, prezident çıxışı zamanı “İraq Şam İslam Dövlətinin” (İŞİD) əməllərindən danışıb: “Bir ovuc Allahdan xəbərsiz İslam adına bölgədə insanların başını kəsir”.
Həsən Ruhani 1-ci dünya müharibəsində İslamin gücünü göstərən Osmanlıdan sonra bu missiyanı İranın öz üzərinə götürdüyünü bildirib.
Ruhani yaxın zamanlarda İranda terror, radikalizm və zorakılığa qarşı konfrans keçiriləcəyinin anonsunu verib.
Hüseyn İbadlı