21 Aprel, 2011
Transmilli şirkətlər "qaniçən” obrazında

Səttar Mehbalıyev olduqca sərt danışdı

“BP” və digər transmilli şirkətlər Azərbaycan vətəndaşları olan işçiləri ilə qeyri-insani rəftar edir, onların əmək hüquqlarını pozur. 

Simsar.az-ın məlumatına görə, bunu Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, yerli işçilərlə xaricdən gətirilənlərin əməkhaqqılarında da ciddi fərq var: “Transmilli şirkətlər işçiləri istismar edir, qanını sorur. Onların sosial durumunun yaxşılaşdırılması üçün iş görmür”.


S.Mehbalıyev qeyd edib ki, transmilli şirkətlərdən fərqli olaraq, ARDNŞ, Azərbaycan Dəmir Yolları QSC və bəzi digər yerli şirkətlər işçilərin vəziyyətinin yaxşılaşdırılmasına çalışır: “Onu qeyd edə bilərəm ki, ARDNŞ vəsaitlərinin 15 faizini işçilərin sosial vəziyyətinə xərcləyir. 2007-2010-ciu illərdə ayrılmış 460,5 milyon manatı isə, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına və əməyin mühafizəsinin yaxşılaşdırılmasına yönəldilib”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!