21 Aprel, 2011
“Real” İspaniya kubokuna yiyələndi

İspaniyanın “Real” futbol klubu portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında ilk kuboku qazanıb

Simsar.az-ın məlumatına görə, “kral klubu” tarixində 18-ci dəfə İspaniya Kubokuna sahib olub. 

Mourinyonun komandası finalda əzəli rəqibi “Barselona”nı məğlub edib. Matçın əsas vaxtı qolsuz bərabərliklə nəticələnib. 69-cu dəqiqədə hakim “Barselona”nın hücumçusu Pedro Rodrigesin vurduğu qolu hakim saymayıb. Səbəb kimi Pedronun oyundankənar vəziyyətdə olması göstərilib. “Real” əlavə vaxtda istəyinə çatıb. 103-cü dəqiqədə komandanın lideri Kriştianu Ronaldu qələbə topunu vurub - 1:0.
Qeyd edək ki, “Real” və “Barselona” komandaları Çempionlar Liqasının yarımfinal mərhələsində də 2 dəfə qarşılaşacaqlar. Həmin görüşlər aprelin 27-si və mayın 3-də keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!