2 Dekabr, 2014
İsraildə şok: Hökumət dağıldı

İsrailin baş naziri Benyamin Netanyahu hökumətdə böhranın yaşandığını açıqlayıb.

Simsar.az-ın məlumatına görə, İsrail Nazirlər Kabinetinin açıqlamasına görə, Netanyahu kabineti quran Yeş Atid partiyasının lideri, maliyyə naziri Yair Lapid və Hattuna partiyasının lideri və ədliyyə naziri Tzipi Livninin vəzifələrindən azad edilməsi barədə təlimat verib.

İsraildə 2 il əvvəl qurulan koalisiya hökumətində Lapid 19 millət vəkili, Livni isə 6 deputatla fəaliyyətə başlamışdı. Onların vəzifələrindən azad edilməsi ilə koalisiya hökuməti dağılıb və Netanyahu güvən səsverməsi üçün lazım olan 61 səsi də itirmiş oldu.

Netanyahunun yaxın saatlarda açıqlama verəcəyi və növbədənkənar seçkilərin keçiriləməsi ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!